Serbiya millisinin sabiq üzvü "Simurq"da

15:03 - 7 Avqust 2013

Draqan Ceran "sarı-qaralar"ın heyətində 9-cu legioner oldu
 
"Simurq" bu gün daha bir futbolçu ilə heyətini gücləndirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Avstriya toplanışında baxışda da olmuş serbiyalı hücumçu Draqan Ceran Zaqatala təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu "sarı-qaralar"ın heyətində "11" nömərli formayla mübarizə aparacaq. 
 
Qeyd edək ki, bir vaxtlar Serbiyanın 21 yaşlılardan ibarət yığma komandasınada dəvət edilmiş Draqan Ceran "Simurq"un heyətində 9-cu legioner futbolcu olub. "Sarı-qaralar" ondan öncə isə bu "transfer pəncərəsi"ndə qapıçı Pavel Kapsa, yarımmüdafiəçilər Patrik Osiako və Raul Kostin, hücumçu Salif Ballo ilə rəsmi müqavilə imzalamışdı. Ötən mövsüm Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparan Anderson Oliveyra, Dilaver Zrnanoviç, Stepan Polyakın isə müqavilələrinin müddətini daha bir il artırılmışdı.  

Xəbər xətti