"Bu qədər yaxın olduğumuz qrup mərhələsinə vəsiqə qazanmağı çox istəyirik"

10:51 - 10 Avqust 2013

Vüqar Nadirov: "Əsas odur ki, biz heç kimdən qorxmuruq"

 

“Hamıya məlumdu ki, Avropa Liqasında zəif komanda olmur. "Play-off" mərhələsində isə ümumiyyətlə beləsini gözləməyə dəyməzdi. Əlbəttə, “Ayntraxt” çox güclü komandadı. Bu komandanın Almaniya Bundesliqasında çıxış etməsi, ordan Avroliqaya vəsiqə qazanması çox şeydən xəbər verir".

 

Sportal.az xəbər verir ki, bu sözləri Vüqar Nadirov deyib. Nadirov UEFA-nın rəsmi saytına rəqib "Ayntraxt" barəsində fikirlərini bildirib:

 

"Başa düşürük ki, bütün bunlar bizi imkanlarımızdan maksimum yararlanmağa məcbur edir. Lakin qrup mərhələsinə düşəcək gücdə olduğumuzu düşünürəm. Biz ilk dəfə deyil bu qədər uzağa gedirik. Amma bu dəfə öz şansımızı əldən verməyə hazırlaşmırıq. Bu qədər yaxın olduğumuz qrup mərhələsinə vəsiqə qazanmağı çox istəyirik. Əsas odur ki, biz heç kimdən qorxmuruq”.

Xəbər xətti