Gelaşvili millinin heyətində Qazaxıstana qol vura biləcək?

17:44 - 10 Avqust 2013

Futbolçu Gürcüstan milli komandasına dəvət aldı
 
Gürcüstan milli komandasının heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, yığmanın çalışdırıcısı Temuri Ketsbaya Qazaxıstanla yoldaşlıq oyunu üçün heyəti müəyyənləşdirib. Belə ki, Ketsbaya “Qarabağ”ın futbolçusu Nikoloz Gelaşvilini avqustun 14-də baş tutacaq oyuna dəvət edib.
 
Qeyd edək ki, 28 yaşlı forvard 16 noyabr 2007-ci ildə debüt etdiyi Gürcüstan millisində indiyədək 11 oyun keçirsə də, fərqlənə bilməyib.

Xəbər xətti