"Simurq" "Xəzər Lənkəran" qarşısına itki ilə çıxacaq"

11:11 - 11 Avqust 2013

Komanda qarşılaşmanın artıq başlama saatını gözləyir
 
Premyer Liqanın II turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Simurq" artıq hazırlıqları tamamlayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün qarşılaşmanın oynanılacağı Lənkəran şəhər mərkəzi stadionunda son hazırlıqları edən komanda bir saat davam edən məşq prosesində isinmə hərəkətlərindən sonra toplu çalışmalar yerinə yetirib. İkitərəfli oyundan və cinahlardan asmaların qapanması ilə hazırlıq tamamlanıb. Bundan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə istirahət verib və komanda qarşılaşmanın artıq başlama saatını gözləyir. 
 
"Simurq" "Xəzər Lənkəran" qarşısına itki ilə çıxacaq. Belə ki, son məşq prosesində əzələsini dartan Rövşən Əmiraslanov bu görüşdə forma geyinə bilməyəcək. 
 
Qeyd edək ki, "Xəzər Lənkaran" - "Simurq" oyunun sabah saat 20:00-da start götürəcək.

Xəbər xətti