"Ayntraxt" güclü rəqibdir amma biz də zəif deyilik"

03:32 - 12 Avqust 2013

"Bizim üçün fərqli oyun oldu"

 

"Bizim üçün fərqli oyun oldu. Birinci hissə gözəl oynasaq da cəmi bir qola vura bildik. Amma ikinci hissə qol fürsətlərindən yaxşı istifadə etdik və dörd dənə qol vurduq."

 

Bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Corc Leroy "Sumqayıt"la oyundan sonra Sportal.az-a açıqlamasında bildirib.

Hollandiyalı futbolçu Avroliqada qarşılaşacaqları "Ayntraxt" matçı haqqında fikirlərini bildirib:

 

"Bu barədə çox danışa bilmərəm. Onu deyə bilərəm ki, güclü rəqibdir ancaq biz də zəif deyilik. Biz qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik" 

Xəbər xətti