"Qarabağ" - "Ayntraxt" matçına bilet 1 manata

16:48 - 12 Avqust 2013

Oyun avqustun 22-də baş tutacaq
 
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”la Almaniya “Eintracht”ı arasında Bakıda keçiriləcək görüşün biletləri avqustun 19-da satışa çıxarılacaq.
 
Sportal.az xəbər verir ki, biletlərin qiyməti yerindən asılı olaraq 1-50 manat aralığında olacaq.
 
Qeyd edək ki, “Qarabağ” – “Eintracht” matçı avqustun 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
 

Xəbər xətti