"Qarabağ"da məşqçi və rəhbərliyin işi görünür"

00:39 - 13 Avqust 2013

Elxan Məmmədov: "Son dörd ilə bizə müxtəlif məşqçilər təklif olunub"

 

Sportal.az  sizi AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi ilə tanış edir.

 

- Malta ilə oyuna hazırlıq necə gedir?
- Bütün futbolçular yığmanın düşərgəsinə qoşulublar. Komandamız artıq hazırlıqlara başlayıb. Malta ilə oyun DÇ-2014-ün seçmə mərhələ oyunları öncəsi çox vacibdi.

 

- Artıq Berti Foqtsun dekabrda müqaviləsi bitir. Yığma komandaya yeni baş məşqçi axtarışları nə yerdədi?
- Son dörd ilə bizə müxtəlif məşqçilər təklif olunub. Amma biz onlara baxmamışıq. Yeni baş məşqçini də Berti Foqtsla müqavilənin müddəti başa çatdıqdan sonra tapacağıq.

 

- Xüsusən Nazim Süleymanov yığmanın məşqlərində çox fəaldı. Onun namizədliyinə də baxılacaq?
- Süleymanovu yığmaya Berti Foqts gətirib. O, millinin məşqçisidi. Buna görə də burada təəccüblü heç nə yoxdu.

 

-   Yığmamızın seçmə mərhələni neçənci yerdə bitirməsini gözləyirsiniz?
- Ən azı dördüncü pillədəki yerini qorumasını.

 

- “Qarabağ”ın Almaniya “Ayntraxt”ı ilə oyunlardakı şanslarını necə qiymətləndirirsiz?
- “Qarabağ”a uğurlar arzulayıram. Bütün klublarımızdan ən yaxşı oyunu bu komanda göstərdi. Məşqçi və rəhbərliyin işi görünür. Pley-offda Bundesliqa klubuna rəqib olsalar da, onlardan yenə yaxşı nəticə gözləyirik.

Xəbər xətti