"Qarabağ" - "Ayntraxt" duelinin vaxtı bilindi

01:05 - 13 Avqust 2013

Bakıdakı qarşılaşma saat 21:00-da başlayacaq

 

Avroliqanın pley-off mərhələsi çərçivəsində “Qarabağ”la Almaniyanın “Ayntraxt” klubları arasında keçiriləcək oyunların başlama saatları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu görüşlərdən birincisi Bakıda, cavab matçı isə Frankfurtda keçiriləcək.

 

Bakıdakı oyun avqustun 22-də, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Cavab matçı isə bir həftə sonra  Frankfurtdakı  “Commerzbank-Arena”da  baş tutacaq. Bu oyun isə yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə saat 00:05-də) start götürəcək.

Xəbər xətti