Kasilyas yoxsa Lopez?

01:51 - 13 Avqust 2013

Kasilyas Lopezi qabaqlayıb

 

İspaniya mətbuatı “Real” azarkeşləri arasında sorğu keçirib.

 

Sportal.az xəbər verir ki, sorğuda “kral klubu”nun fanatlarının hansı qapıçıya – İker Kasilyas və ya Dieqo Lopezə üstünlük verdikləri məlum olub.

Gözlənildiyi kimi, sorğuda Kasilyas həmkarını qabaqlayıb. O, Lopezdən 3 dəfə çox səs toplayıb.

Qeyd edək ki, Joze Mourinyonun gedişindən sonra Kasilyas yenə “Real”ın əsas qapıçısı hesab olunur. 

Xəbər xətti