Tərlan Əhmədov: "Lazımsız futbolçular yığma komandada oynamamlıdır"
"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovun Sportal.az-a müsahibəsi
- Icraiyyə Komitəsinin iclasında yeni qərar qəbul olundu. Limit dəyişdirildi. Sizcə, bu limit dəyişkənliyi çempionatın səviyyəsinə təir etməyəcək?
- Bu 5-6 il bundan qabaq elə idi. Yox, indi bu limit çempionatın səviyyəsinə təsir etməyəcək. Mən bu qərarı alqışlayıram. Gənc futbolçuları üçün şans yaranır. Yerli futbolçular 4 olanda çətin olur yerli uşaqlara çox şans vermək. Dəyişiklik eliyəndə də çətinlik çəkirsən. Legioner də gətirəndə məcbursa oynadasan. Yaxşı legioneri kənarda qoymaq olmur. Meydanda yerli futbolçularınb çox olmaı yaxşı haldır. Mən həmişə demiəşəm ki, yerilərə şans vermək lazımdır. Yadındadır 2000-ci ildə “Qalatasaray” UEFA çempionu olanda komandada cəmi 5 legioner vardı. Ondan sonra artıq daha çox legioner oynamağa başladı. Türkiyə futbolu get-gedə geriyə düşdü. İndidə Türkiyə futbolu həmin uçurumu yaşayır. Həm klublar, həm də milli komanda artıq zəifləyib. Bizdə inkişaf etmək istəyiriksə, gənc futbolçulara şərait yaratmalıyıq. Bu limitin aşağı salınması yaxş hal oldu. Gənclərə şans verəcəyik.
- Yerli uşaqlara bu qədər şans yaradılması onları qiymətinin qalxmasına gətirib çıxarmayacaqki?
- Süni bahalaşma həmişə olub. Mən yenə deyirəm ki, futolçu yaxşı olsa, qiyməti elə öz oyununda olar. Bir şey var ki, futbolçu məşqçilərin seçimiylə komandaya gətirilir. Hər futbolçuda eyni qiymətə ola bilər. Hər hansı futbolçu durub deyə bilməzki, birdən qiymətim 200 min manatdır. Elə futbolçu var ki,qiyməti çox aşağıdır. Artıq buna məşqçilər qərar verəcək. Süni artırılma bəzi klubların rəhbərliyi tərəfindən olur. Futbolçuları həmişə klubdan asılı saxlamaq lazımdır. Futbolçu ilə müqavilə bağlananda elə şərt kəsmək lazımdır ki, onun alacağıq məbləğin bir qismi verilir, bir qimi qalır. Əgər inkişafda olacaqsa, o məbləin qalan hissəsini alacaq. Əks halda o pul ona verilməyəcək. Təbii ki, söhbət gənc futbolçulardan gedir. O pulu almaq üçün futbolçu can atacaq ki,inkişaf etsin. Belədə futbolçular yetişir. Yoxsa, o məbləği əvvəlcədən alacaqsa, o inkişaf etməyəcək. Burda artıq o limitin önəmi olmur.
- Bu gün milli komandamız Malta ilə oynayır. Nə gözləyirsiz yığma komandamızdan?
- Ötən il “Neftçi”nin uğuru, bu il “Qarabağ”ın uğuru hamımızı sevindirir. Düşünürəm ki, Foqts artıq yerli məşqçilərlə əl-ələ verib yaxşı komanda qurmalıdır ki, qələbə qazansın. Hər oyun kimlə olur-olun qələbə hər bir oyun üçün stiumuldur. Klublarımızın mərhələ keçməyi Azərbaycan futbolu üçün uğurdur. Arzu eliyirəm ki, bu gün qələbə qazanaq. Heç olmasa oynayan uşaqlar, layiq olanlar çıxıb meydanda oynasın. Bugün biz Maltanı neə udmaq haqqında düşünürüksə, heç oyundan danışmağa dəyməz. Hardasa meydana çıxmayan, ehtiyatda oturanlar gəlib yığmada oynayırsa, bu şübhəlidir.
- Milli komandamızın üçn oyunu qalıb...
- Hər halda biz gələcəyin komandasını qurmaq istəyirik. Elə bir məşqçi gətirilməlidir ki, Azərbaycan futboluna uyğun olsun, futbolumuzun inkişafını istəsin. Yerli mütəxəssisləri başa düşsün. Şəxs mənafey üçün komandaya məşqçi gətirilməsin.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi