"Qırmızı-qaralar"ın düşərgəsində yüksək-əhval ruhiyyə hökm sürür
Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilmiş "Qəbələ"-"İnter" (3:2) matçından sonra 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" bu gün yenidən doğma məkanda bir araya gəlib.
Sportal.az klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Yuri Syominin rəhbərliyi altında toplanan komanda Premyer Liqanın növbəti - III turunda baş tutacaq "Sumqayıt" - "Qəbələ" oyununun hazırlıqlarına start verib. Hazırlıq prosesinə tam heyətlə qatılan "Qəbələ"nin düşərgəsində yüksək əhval-ruhiyyə müşahidə olunub.
Xatırladaq ki, "Sumqayıt"-"Qəbələ" görüşü avqustun 19-u saat 18:00-da start götürəcək. Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi