Georgi Çıxradze "Simurq"la müqaviləsini yenilədi

14:20 - 16 Avqust 2013

Gürcü mütəxəssis daha iki il Zaqatala təmsilçisinin heyətində
 
"Simurq"un baş məşqçisi Georgi Çixradze klubla olan müqaviləsini yeniləyib. Sportal.az xəbər verir ki, 2011/12-ci il mövsümünün 24-cü turunda rəsmən "Simurq"un sükanı arxasına keçən gürcü mütəxəssis, daha iki il Zaqatala təmsilçisinə rəhbərlik edəcək. 
 
Ötən mövsüm "Simurq"a tarixinin ikinci ən yaxşı nəticəsini qazandıran Georgi Çixradze komandanı Premyer Liqada 43, ölkə kubokunda isə 3 qarşılaşmaya çıxardıb. Onunla rəhbərliyi altında Zaqatala təmsilçisi çempionatda 16 qələbə, 9 məğlubiyyət, 18 heç-heçə edib. Ölkə kubokunda isə, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət qeydə alınıb.    

Xəbər xətti