"Qarabağ" - "Ayntraxt" oyununun biletləri satışda

18:21 - 16 Avqust 2013

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiymətləri də müəyyənləşib
 
Avroliqanın plef-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Ayntraxt" oyunu üçün biletlər satışa çıxarılıb.

Sportal.az xəbər  verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiymətləri də müəyyənləşib.

12-dən 17-yə qədər olan sektorlar üçün biletin qiyməti 2, VİP yerlər üçün 50, qalan yerlər üçün isə 1 manat təşkil edir.   

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu avqustun 22-si saat 21:00-da başlayacaq.  

Xəbər xətti