"Ayntraxt" 500 azarkeşlə gəlir

03:33 - 17 Avqust 2013

"Ayntraxt" azarkeşləri komandalarını tək qoymayacaqlar

 

Almaniyanın “Ayntraxt” klubu Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyunu zamanı dəstəksiz qalmayacaq.

 

 

Sportal.az xəbər verir ki, rəqib komandanı vacib qarşılaşmada təxminən 500 azarkeş dəstəkləyəcək.

 

Onların 140-ı komanda ilə birgə Bakıya gələcək. Daha 160 fanat ayrıca çarter reysi ilə gəlməyə hazırlaşır. 200 almaniyalı azarkeşin isə adi reyslərlə Azərbaycana səfər etməsi gözlənilir.


Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti