"İmarət" fan-klubu "Xəzər Lənkəran"la oyunöncəsi bəyanat yaydı

12:47 - 17 Avqust 2013

"Gəlin komandamızı qələbəyə səsləyək"

 

"Qarabağ"ın "İmarət" fan-klubunun azarkeşləri bəyanat yayıb.

 

Sportal.az xəbər verir ki, fan-klub üzvləri "Ayntraxt"la oyunöncəsi çempionatda qarşılaşacaqları "Xəzər Lənkəran"la oyuna bütün azarkeşləri stadiona dəvət ediblər:

 

“Ayntraxt”la oyundan öncə çempionatda “Xəzər Lənkəran”la oyunumuz var. Almanlardan öncə olan oyunumuza diqqətimizi cəmləyək və “Qarabağ”ımıza dəstək olaq. Bu oyuna gəlməkdə heç bir bəhanəmiz olmamalıdır. Münasib zaman, həftə sonu və münasib məkan. Gəlin komandamızı qələbəyə səsləyək".

Xəbər xətti