Georgi Çixradze: " Səhv nəticəsində buraxdığımız qol oyunun taleyini həll etdi"
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 3-cü turunun “Neftçi” ilə oyunhaqqında fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qapımıza qol vurulana qədər komandalar bərabər səviyyəli oyun göstərdi. Qoldan sonra isə futbolçularda, sanki, ruh düşkünlüyü yarandı. Rəqib azlıqda qaldıqdan sonra oyunda dönüş yaratmaq istədik, ikinci hücumçunu oyuna buraxdıq. Təəssüf ki, səhv nəticəsində buraxdığımız qol oyunun taleyini həll etdi”.
saytlarin hazirlanmasi