Qurban Qurbanov: "Xəzər Lənkəran" ilk üçlükdə olmalı komandadır"

22:51 - 18 Avqust 2013

"İlk dəqiqələrdə topla yaxşı davrana bilmədik"
 
“Çox yaxşı komandaya qarşı oynadıq. İlk dəqiqələrdə topla yaxşı davrana bilmədik, dəqiqələr keçdikcə öz oyunumuzu tapdıq".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran" üzərində qələbədən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis rəqibi güclü komanda adlandırıb:
 
“Xəzər Lənkəran” ilk üçlükdə olmalı komandadır. Yeni hücumçunun gəlməsi ilə “Xəzər Lənkəran” güclənib. Fikrimcə, “Xəzər Lənkəran”a yalnız qələbə çatışmır”.

Xəbər xətti