Kastro Telyo: "Bu məğlubiyyətlərdən dərs almaq lazımdır"

12:50 - 19 Avqust 2013

Kastro Telyo: "Oyunumu heç cür tapa bilmirdim"
 
"Rəvan"ın hücumçusu Kastro Telyonun Sportal.az-a müsahibəsi
 
- “Bakı”ya böyükhesabla məğlub oldunuz. Oyun barəsində nə deyə bilərsən?
- Buna görə çox təəssüflənirəm. Müdafiədə və orta xətdə futbolçular bir-birilərini başa düşə bilmirdilər. Hesabın belə olacağını gözləmirdik. Növbəti oyunlarda bu məğlubiyyəti azarkeşlərimizə unutduracağıq.
 
- İlk hissə bitməmiş əvəzləndin. Səbəb nə idi?
- Bu, baş məşqçinin qərarıdı. Oyunumu heç cür tapa bilmirdim.
 
- Elə bir Varea ilə bir-birinizi başa düşə bilmirsiniz. Bu “Neftçi” ilə oyundada görünürdü. Bu dəfə baş məşqçi ilk hissədən sonra səni yox, Vareanı əvəzlədi...
- Yox hər şey qaydasındadır. Mən komandaya yeni qoşulmuşam. Bu da normaldır. Varea ilə heç bir problemim yoxdu.
 
- Artıq 3 turdu ki, komanda çempionatda bir qolda olsun vura bilməyib. Səncə bunun səbəbi nədir?
- Biz bir neçə qol vəziyyətlərindən yararlana bilmirik. Düzdü, “Bakı” ilə oyunda bizim qol vurmaq üçün şansımız çox az oldu. İnanıram ki, növbəti turlarda bu problem aradan qalxacaq.
 
- Komandaya yeni baş məşqçi gəldi və ilk oyununda da belə məğlubiyyətlə yadda qaldı. Yeni məşqçi ilə münasibətlərin necədir?
- Hər şey yaxşıdı. biz bu oyuna yaxşı hazırlaşmışdıq. Gözlənilməz məğlubiyyət oldu. Komandaya yeni futbolçular gəlib. Çalışacağıq ki, bir də belə səhvlər etməyək. Bilirsiniz, çempionat hələ təzə başlayıb. İstənilən nəticə ilə qarşılaşa bilərsən. Bu məğlubiyyətlərdən dərs almaq lazımdır. 
 
- İsveç çempionatında oynayanda gözəl qollar vururdun. Burada niyə alınmır?
- Mən hələ komandaya yeni uyğunlaşıram. Çalışacam ki, “Rəvan”ın heyətində də qollar vura bilim.
 
Yusif HÜSEYN

Xəbər xətti