Armin Fe: "Rəqibin necə futbol oynadığını bilmirik"
Avropa Liqasınnı pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi Armin Fe yerli mətbuata müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Bundesliqanın son turunda “Bayern”ə məğlub oldunuz - 0:1. Statdakı uğursuzluq “Qarabağ”la oyunda da komandanıza təsir göstərməyəcək ki?
- Komandamda peşəkarlar çıxış edirlər. Ona görə düşünmürəm ki, bu məğlubiyyət növbəti oyunumuza təsir göstərsin. Biz artıq azərbaycanlılarla oyuna köklənmişik. Kiçik fasilədən sonra rəqibi analiz etməyə başlamışıq. Bakıda bizi çətin oyun gözləyir. Çünki “Qarabağ” bizim üçün tanış olmayan rəqibdi.
- Rəqib barədə nə öyrənə bilmisiz?
- Hazırda “Qarabağ” ölkəsinin ən güclü komandasıdı. Onlar milli çempionata da uğurlu başlayıblar. Komandanın son transferləri isə ümidləri doğrultmaqdadı. Heyətlərində təxminən 7-8 legioner futbolçu var. “Qarabağ”ın İsveç “Gefle”si ilə oyunlarına baxmışam. Amma digər oyunlara da baxmalıyıq. Rəqibimiz kifayət qədər yaxşı komandadı. İstənilən halda “Ayntraxt”ı ancaq qələbə qane edəcək.
- Səfər matçı sizin üçün nə dərəcədə çətin keçə bilər?
- Bir neçə il öncə Almaniya yığması Bakıda Azərbaycan yığmasını məğlub etmişdi. Amma klub və yığma komandalar tamamilə fərqli kollektivlərdi. “Qarabağ”a yaxşı azarkeş dəstəyi də olacaq. Eyni zamanda Azərbaycan paytaxtında bizi necə hava gözlədiyini də bilirik. Lakin bütün bunlar bizə problem yaratmamalıdı. Dolu tribunalar qarşısında oynamaq əksinə faydalı olur.
- Komandanız cütün favoriti hesab olunur...
- Bu cütün favoritinin olduğunu düşünmürəm. Çox şeyə ilk oyun aydınlıq gətirəcək. Biz qələbə istəyirik. Amma rəqibin dəqiq necə futbol oynadığını bilmirik. Necə də olmasa, videoyazı ilə canlı oyunu zləmək arasında fərq böyükdü.
- Komandanızın da rəqib meydanında xeyli azarkeşi olacaq...
- Bəli, bundan xəbərim var. Eyni zamanda yəqin ki, Azərbaycanda yaşayan almanlar da bizi yalnız qoymayacaqlar. Biz onların dəstəyini hiss edəcəyik. Bakıda qazanacağımız uğur Bundesliqanın ilk iki turundakı uğursuzluqları unutmağımıza kömək edə blər. Başa düşürük ki, çempionata o qədər də yaxşı başlamamışıq. Amma ilk oyunlar həmişə belə çətin olur. Zamanla biz də özümüzə gələcəyik.
saytlarin hazirlanmasi