Zaqatala təmsilçisinin heyətində yalnız Tural Axundov zədəlidi
"Bakı"yla oyunun hazırlıqlarını davam etdirən "Simurq" məşqlərə ara vermir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən axşam saatlarında qarşılaşmanın oynanılacağı stadionda növbəti məşqinə çıxan komanda çalışmalara qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra isə hazırlığın əsas hissəsinə keçilib. Baş məşqçi Georgi Çixradzeni rəhbərliyi altında "sarı-qaralar" paytaxt təmsilçisilə oyun öncəsi müxtəlif taktiki təmrinləri məşq edib. Cinahlardan asmaların qapanması yerinə yetirilib. Məşqin sonunda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
"Simurq" növbəti turun hazırlıqlarını bu gün tamamlayacaq. Komanda bundan sonra istirahətə çəkilərək qarşılaşmanın başlama vaxtını gözləməyə başlayacaq. "Simurq" - "Bakı" oyunu avqustun 24-ü saat 19:00-da "Şəfa" stadionunda baş tutacaq.
Qeyd edək ki, Zaqatala təmsilçisinin heyətində yalnız Tural Axundov "Neftçi" ilə oyunda aldığı zədə səbəbindən komandadan ayrı məşq edir. Onun bu görüşdə oynuyub-oynamayacağı həkimlərin qərarından asılı olacaq.
saytlarin hazirlanmasi