"Neftçi"nin futbolçusu rəsmən "Simurq"da FOTO

02:00 - 25 Avqust 2013

Zaqatala təmsilçisi sabiq futbolçusunu geri qaytardı
 
"Simurq" daha bir futbolçunun keçidini reallaşdırıb. 
 
 
Sportal.az xəbər verir ki, son iki mövsümdə Zaqatala klubunun şərəfini qorumuş Nicat Qurbanov yenidən bu komandaya qaytarılıb.
 
"Neftçi"dən icarə əsasında transfer edilən gənc futbolçu mövsümün sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq. Nicat Zaqatala təmsilçisinin heyətində "77" nömrəli forma geyinəcək.
 
Qeyd edək ki, Nicat Qurbanov indiyə qədər "Simurq"un heyətində 22 oyunda meydana çıxıb və rəqib qapısından iki qol keçirib.

Xəbər xətti