Con Oluremi: "Onların oyunlarına baxanda zövq alıram"
AZAL-ın yarımmüdafiəçisi Con Olureminin Sportal.az-a müsahibəsi
- AZAL ardıcıl olaraq qələbələri sıralayır. “Sumqayıt”la oyun necə keçdi?
- “İnter” və “Bakı” ilə oyun bizim üçün çətin keçdi. Bu qələbələr bizim üçün əhəmiyyətli idi. Biz “Neftçi” ilə oyundan sonra hamıya sübut etdik ki, AZAL zəif deyil. “Sumqayıt"la oyun “İnter”lə oyundan da çətin keçdi. Biz bir neçə qol vəziyyətindən yararlana bilmədik. Sevinirəm ki, mənim qolum sayəsində 3 xalı aktivimizə yazdıra bildik.
- Yeni komandana uyğunlaşa bilirsən?
- Düşünürəm ki, komandaya yavaş-yavaş uyğunlaşıram. Mən komandanın təkmilləşməsi və uğurlu çıxışlarının davamı üçün əlimdən gələn köməkliyi edəcəm.
- Növbəti oyununuzu güclü “Qarabağ”a qarşı keçirəcəksiz. Yenə də qələbələri sıralaya biləcəksiz?
- Biz artıq növbəti oyun haqda düşünürük. Bilirik ki, mövsüm hələ təzə başlayıb və uzun bir marafon bizi gözləyir. Bizim çox yaxşı heyətimiz var. “Qarabağ”la da oyuna çox ciddi hazırlaşacağıq. Bütün fikirimizi V tura yönəltmişik.
- Bakı haqqında təəsüratların necədir?
- Bakı gözəl şəhərdir. Mən dənizi sevirəm. Azərbaycan və rus dilini öyrənməkdən zövq alıram. 6-7 dildə danışa bilirəm və buna görə də şadam.
- Səncə, Azərbaycanda ən güclü klub hansıdır?
- Azərbaycanda bir çox güclü klublar var. “Neftçi” həmişə yaxşı komanda olub və əla futbol oynayır. “Qarabağ” və “Xəzər Lənkəran” da adlı-sanlı klublardır. Onların oyunlarına baxanda zövq alıram.
- Nildo və Zohair kimi futbolçular AZAL-ı tərk etdi. Bu, sizin oyununuza təsir etdi?
- Biz diqqətimizi yalnız növbəti oyunlara yönəldirik və bu haqda fikirləşmirik. Nildo və Zohair yaxşı oyunçulardı, amma onlar bizimlə deyil. İndi onlar karyeralarını başqa komandada davam etdirirlər.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi