"Qarabağ" elə "Qarabağ"dır"

21:10 - 25 Avqust 2013

Rail Məlikov: Azarkeşlərdən üzr istəyirik

 

Çətin oyun keçəcəyini bilirdik. Baxmayaraq ki, rəqibin bəzi aparıcı oyuncuları oynamırdı, ancaq "Qarabağ"  elə "Qarabağ"dır.

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Rail Məlikov söyləyib.

 

İlk hissədə verilən tapşırığı yerinə yetirə bilmədik. Bunun qarşılığında da qapımızda qol gördük. Ancaq ikinci hissədə istədiyimiz oyunu göstərməyi bacardıq. Əgər yaratdığımız qol epizodlarından yararlana bilsəydik bilmək olmazdı hesab necə olacaqdı. Biz də qələbə qazanıb ötən turdakı məğlubiyyəti unutdurmaq istəyirdik. Bütün azarkəşlərdən üzr istəyirik.

Xəbər xətti