"Rəqib meydana əsas heyətlə çıxmasa belə,..."
“Müdafiə və hücum arasında balans yarada bilmirik. Əsasən qapımızdan ilk yarıda top buraxandan sonra toparlanmağa çalışırıq”.
Sportal.az xəbər verir ki bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis Premyer Liqanın IV turunda “Qarabağ”a uduzduqları matçdan sonra fikirlərini açıqlayıb:
“Rəqib meydana əsas heyətlə çıxmasa belə, öz nizam-intizamı, oyun sistemi var. Buna görə də, meydana kimin çıxmasından asılı olmayaraq həmin sistemlə oynayırlar. Bizim də fərqlənmək üçün çoxlu şansımız oldu. Bunun üzərində çalışmalıyıq”.
saytlarin hazirlanmasi