"Simurq"un futbolçusu danışdı: "Rasim və Saşa komandada qalmalı idi"

17:51 - 27 Avqust 2013

"Biz belə uduzmamalıydıq"
 
"Simurq"un müdafiəçisi İlkin Qırtımovun müsahibəsi
 
- “Bakı” ilə oyunla bağlı nə deyərdin?
- O oyun haqqında danışmaq istəmirəm. Bir də elə futbol da oynamaq istəmirəm. Komanda uduza amma belə biabırçı şəkildə deyil. Biz həmin günü meydanda futbol oynamadıq.
- Son iki oyundakı məğlubiyyəti nə ilə əlaqləndirirsən?
- “Neftçi” ilə pis oynamadıq. Onlar güclü komanda idilər. Amm “Bakı” ilə bərbad şəkildə oynadıq. Rəqib bizi məğlub etmək üçün əziyyət çəkmədi. Biz onlara kömək etdik.

- Komandada nə problemlər var?
- Hər komandada problemlər olur. Məşqçi bizi inanıb meydana buraxır. Bizə zəif oyna demir. Sadəcə bizə oyunu qazanmaq lazımdır. Bir-iki problem var idi. Onu da öz aramızda həll etdik. İnşallah, gələcək. Gələcək oyunlarda udmağa çalışacağıq. Ən azından bu oyunun təkrar etməyəcəyik.

- “Simurq” ötən mövsümki çıxışını təkrar edə biləcəkmi?
- Mən düşünürəm ki, keçən mövsüm komandamız daha güclü idi və maksimum nəticə əldə etdik. Bu ildə çalışacağıq ki, uğurlu oynayaq.

- Ötən mövsümün sonunda komandadan bəzi futbolçuların göndərilməsi təsir etdimi?
- Əlbəttə, təsir etdi. Ən azından Saşa Şemenoyev və Rasim Ramaldanov qalmalıydı.

- Yəni gələnlər haqqında nə deyərdin?
- Yeni gələnlətə yaxşıdırlar. Sadəcə onlara öyrəşmək üçün vaxt lazımdır.

- Qarşıda “İnter”lə oyun var…
- Qələbə qazanmaq üçün oynayacağıq. Ordan xal qazanmaq fikrinədəyik.
 
Mənbə: Millifutbol.az

Xəbər xətti