Baçana Sxadadze: "Qarabağ"a azarkeşlik edəcəm"
"İnter"in hücumçusu Baçana Sxadadze "Rəvan"la oyundan sonra klubun rəsmi saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
-Baçana, “Rəvan”la matçda “İnter” yaxşı başlamadı, bununla belə, komanda artıq birinci hissədə görüşün gedişini dəyişdirə bildi və qalibin müəyyənləməsi üçün bütün məsələləri həll etdi.
-Bu qələbə bizim üçün çox vacib idi. Bəli, biz oyuna pis başladıq, 1:0 “Rəvan”ın xeyrinə olduğu zaman rəqibin daha bir qol vurmaq şansları da oldu. Ancaq bundan sonra biz özümüzə gəldik və oyunun gedişini xeyrimizə dəyişdirə bildik. İkinci hissədə konsentrasiya o qədər də yüksək səviyyədə olmadı, lakin bu, hesabda böyük fərqlə irəlidə olmağımızla əlaqədar idi. Yaxşı ki, biz belə böyük hesabla qalib gəldik. Bu qələbə bizə ilk növbədə psixoloji planda kömək edəcək.
-Yəqin “Rəvan”la matç öncəsində komanda daxilində müəyyən gərginlik var idi. Axı üç məğlubiyyətdən sonra futbolçuların psixoloji vəziyyətləri hissediləcək dərəcədə sarsıla bilərdi.
-Bəli, vəziyyət bir qədər gərgin idi. Ancaq rəhbərlik və məşqçilər korpusu komandanı dəstəklədilər. Hər gün bizə deyirdilər ki, bu futboldur və belə vəziyyətlər hərdən baş verir. Bizə ürək-dirək verirdilər və deyirdilər ki, toparlanmaq lazımdır. Bununla belə, bir qədər kədərli idi, axı biz ilk üç turda məğlub olmuşduq. Amma hazırda vəziyyət dəyişdi: qələbə bizə inam verdi, futbolçular yaxşı əhval-ruhiyyədədirlər. Ümid edirəm ki, bu qələbə bizaə növbədə oyunlarda da kömək edəcək.
-“İnter” ilk 3 turda hesabı birinci açırdı, lakin sonr məğlub olurdu. Maraqlıdır, “Rəvan” hesabda önə keçərkən bu barədə düşündünüzmü? Komandanın bu üstünlüyünü yenidən itirə biləcəyini fikirləşdinizmi?
-Xeyr, etiraf edim ki, ikinci qolu vurduqdan sonra mən tamamilə əmin idim ki, bu dəfə qalib gələcəyik. AZAL ilə ötən matçda, vurulan qoldan sonra, mən, fikirləşirəm, digər futbolçular da belə düşünmüşdülər ki, biz yenə qolu birinci vurduq və birinci hissədə qol buraxmamalıyıq. Ancaq fasiləyədək qapımızda yenidən qol gördük. Ancaq bu dəfə özümüzə güvənimiz vardı və qalib gələcəyimizə inanırdıq.
-Matç sizin üçün də uğurlu oldu. Hesabınıza mövsümün, eləcə də “İnter”in heyətində ilk het-trikini yazdınız.
-Üç qol vurub komandaya kömək etdiyimə görə sevinirəm. Ancaq ən əsası komandanın qələbəsidir. Kimin qol vurmasının mənim üçün əhəmiyyəti yoxdur, axı futbol komanda oyunudur. İstərdim ki, komanda bundan sonra da qələbə qazanmaqda davam etsin.
-Yeri gəlmişkən, biz müşahidə etdik ki, Bayıl stadionunda keçirilən bütün oyunlarda fərqlənə bilmisiniz.
-Burada nə demək olar (gülür). Yaxşı ki, bu meydanda hər qarşılaşmada qol vurmaq mümkün olur.
-Mövsümün əvvəlində mətbuatda “İnter”in hücum xətti tənqidə məruz qaldı. Deyirdilər ki, komandada hücumu uğurla başa vura biləcək futbolçu çatışmır. Bu sözlərə münasibət açıqlaya bilərsiniz?
-Bu sözləri şərh etmək istəməzdim. Mən sadəcə belə bəyanatlara özümün yaxşı oyunumla cavab verməyə çalışıram. Düşünürəm ki, bu, mənim tərəfimdən ən yaxşı cavab olardı.
-Bu yaxınlarda komandaya yeni forvard İlço Naumovski qoşuldu. Necə düşünürsünüz, bu yeni futbolçu komandaya kömək edə biləcək?
-Bəli, yaxşı karyerası olan forvard bizə qoşuldu. İlço yaxşı oğlandır, bundan başqa, o, əla futbolçudur. Düşünürəm ki, o, bizə kömək edəcək.
-Qarşıdan komandanı “Simurq”la çətin oyun gözləyir. Zaqatala klubuyla gözlənilən matç barədə nə düşünürsünüz?
-Biz stadionumuzda oynayacağıq. İlk növbədə bizə öz oynumuzu göstərmək lazımdır. Özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq və o zaman yaxşı nəticəyə ümid edə bilərik.
-İlk turlara əsasən komandanın vəziyyətlərini qiymətləndirmək çətindir. Hər halda çempionatın hansı komandası sizə daha yaxşı təsir bağışlayır və hansı komandaları mövsümün favoritləri sayırsınız?
-Mən artıq neçə ildir Azərbaycanda çıxış edirəm və etiraf edim ki, digər komandalar arasında “Qarabağ”a daha çox rəğbətim var. Bu mövsümdə də onlar güclüdürlər və hesab edirəm ki, “Qarabağ” mövsümün əsas favoritlərindən biridir. “Qarabağ” güclü rəqibdir. Lakin digər komandaları da unutmaq olmaz.
-Yeri gəlmişkən, dördüncü gün “Qarabağ”ı Avropa Liqasının play-off mərhələsinin cavab qarşılaşmasında Almaniyanın “Ayntraxt” komandasıyla oyun gözləyir.
-“Qarabağ”a cavab oyununda uğurlar arzulayıram. Onlara azarkeşlik edəcəyəm. Bu komandada həmyerlim və dostum Hikoloz Gelaşvili də oynayır. Ona qol vurmağı və bu görüşdə qələbəni komandayla birlikdə qeyd etməyi arzulayıram.
saytlarin hazirlanmasi