Rəşad Eyyubovla Rauf Mehdiyev yığmaya yollanacaq
"Simurq"un gənc üzvü Rəşad Eyyubov yenidən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə dəvət olunub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, yığmanın sentyabrın 1-dən 3-dək Bakı şəhərində, 4-dən 9-dək isə Netanya şəhərində təşkil ediləcək təlim-məşq toplanışında iştirak edəcək. Eyyubov həmçinin, sentyabrın 8-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan U-21 milli komandasıyla İsrailin U-21 milli komandası arasındakı beynəlxalq oyunda çıxış edə bilər.
Rəşad Eyyubovla bərabər, əvəzedici heyətin qapıçılarla işləyən məşqçisi Rauf Mehdiyev sentyabrın 1-dən əsas yığmanın düşərgəsinə yollanacaq. İlk dəfə məşqçi kimi milli komandaya dəvət edilən gənc mütəxəssis Bakıda və İsraildə keçiriləcək toplanışlarda iştirak edəcək.
saytlarin hazirlanmasi