Nicat Qurbanov: "Simurq"a qayıtmağıma sevinirəm"
	
		 
	
		"Simurq"un yarımmüdafiəçisi Nicat Qurbanovun müsahibəsi
	
		 
	
		-Necə oldu yenidən “Simurq”a qayıtdın?
	
		-“Simurq”dan təklif gəldi. Mən də razılıq verdim. Mənə icazə verdiyinə görə, başqa Sadıq müəllim olmaqla “Neftçi” rəhbərliyinə təşəkkür edirəm.
	
		 
	
		-“Neftçi”də olduğun müddətdə meydana çıxmadın. Nə hissər var idi orda?
	
		-Əlbəttə, hər bir futbolçu istəyər ki, oynasın. Mən də buna görə məşqlərimi daha da yaxşı edirdim ki, şans versinlər. Amma qərarı məşqçilər verir. Buna da hörmət etmək lazımdır.
	
		 
	
		-“Simurq”a qayıtdığın üçün sevinirsən?
	
		-Əlbəttə, sevinirəm. 2 ilə yaxındır bu komandada oynayırdım. Artıq bu klub mənə doğmadır.
	
		 
	
		-Yeni komandanda hədəflərin nədir? Ümumiyyətlə komanda ötən il etdiyi sürprizi bu ildə edə biləcəkmi?
	
		-Bu il də əlimizdən gələni edəcəyik ki, yüksək yerlər tutaq. Medalçılar sırasında olaq. Buna görə də hər oyuna qələbə üçün çıxacağıq.
	
		 
	
		-Ötən il son oyunlarda daha çox meydana çıxdın və qollar vurdun. Bu il də bunu görə biləcəyik?
	
		-Mən də bunun üçün çalışıram. İstəyim də budur ki, daim meydanda olum. İnanıram ki, hər şey yaxşı gedəcək. Öz oyunumla “Simurq”a kömək edəcəm.
	
		 
	
		-Növbəti oyunda meydana çıxacağını gözləyirsən?
	
		-Qərarı məşqçilər verəcək. Dəqiq heç nə dey bilmərəm.
	
		 
	
		-Özünü hazır hiss edirsən?
	
		-Əlbəttə, futbolçu hər zaman oynamağa hazır olmalıdır
	
		 
	
		Mənbə:  Millifutbol.az