Komanda sabah son məşqinə çıxacaq
Premyer Liqanın V turunda "Şəfa" stadionunda "İnter"in qonağı olacaq "Simurq", hazırlıqları ara vermədən davam etdirir.
Sportal.az xəbər verir ki, "Bayıl Arena"da məşqə çıxan komanda son çalışmalarda əsasən taktiki təmrinlərə üstünlük verib.
Baş məşqçi Georgi Çixradzenin yetirmələrinin dünənki məşqi isinmə hərəkətləri ilə başlayıb. Fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasında ibarət tapşırıqlar yerinə yetirildikdən sonra, taktiki çalışmalara keçilib. Məşqin əsas hissəsində gürcü mütəxəssis futbolçularına qısa və uzun ötürmələr, rəqibi əks hücumda tutmaqdan ibarət tapşırıqlarını verib. Sonra isə ikitərəflioyun və cinahlardan asmalar yerinə yetirilib.
Tam heyətlə hazırlıqları davam etdirən "Simurq", sabah qarşılaşmanın oynanılacağı stadionda oyunöncəsi son məşqinə çıxacaq. Komandanın "İnter"lə görüşü sentyabrın 1-də saat 20:00-da start götürəcək
saytlarin hazirlanmasi