"Fasilədə baş məşqçi dedi ki,.."

00:55 - 2 Sentyabr 2013

Raul Koştin: "Bu gün qalib gəlməyə borclu idik"

 

 

"Birinci hissə yaxşı oynamasaq da ikinci hissə toparlandıq və öz oyunumuzu göstərdik. Qol vurduğum üçün xoşbəxtəm. Amma qol vurmaqdan çox komandamın qalib gəldiyi üçün sevincliyəm".

 

Bu sözləri "Simurq"un futbolçusu Raul Koştin Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin çempionatda daha çox qol vuracağını da bildirib:

 

"İnter güclü komandadır və güclü məşqçiləri var. Fasiləyə məğlub getsək də geri dönüş edə bildik.

İlk hissədən sonra baş məşqçi bizə dedi ki, siz belə oyun göstərməməlisiniz və bizə öz məsləhətlərini verdi. İkinci hissə biz bu sözlərdən təsirləərək fərqli oyun göstərdik. Çempionatda daha çox qol vurmağa çalışacam.

Xəbər xətti