Vanderson Skarduelli: "Əsas oyunlar irəlidədir"
"Xəzər Lənkəran"ın müdafiəçisi Vanderson Skarduellinin müsahibəsi
- “Qəbələ” ilə oyun haqqında nə deyə bilərsən?
- Çətin oyun oldu. Təəssüflər olsun ki, məğlub olduq. Ancaq biz bu məğlubiyyətə layiq deyildik. Komanda yaxşı oynadı, ikinci qolu buraxdıqdan sonra həvəsdən düşdük. Əlimizə düşən epizodlardan istifadə edə bilmədik. Rəqib isə bizi əks hücumlarla cəzalandırdı
- “Neftçi” ilə oyunda gözəl oyun nümayiş etdirdiniz. Ancaq bunu “Qəbələ” ilə oyunda təkrarlaya bilmədiniz. Səbəb nə idi?
- Bəli, “Neftçi” ilə oyunda gözəl oynadıq. Bunun əsas səbələrindən biri də evdə azarkeşlərimiz önündə oynamağımız idi. “Qəbələ” ilə səfərdə oynadıq, həm də stadiona öyrəşə bilməmişdik
- “Neftçi” ilə oyundan sonra iğtişaşlar baş verdi. Buna münasibətin necədir?
- Bunların futbolun gözəlliyinə zidd olan hərəkətlərdir. Lənkəran azarkeşləri komandalarını çox istəyirlər. Məncə, bu oradan irəli gəlir. Olan oldu, ancaq belə hadislələr bir daha təkrarlanmalı deyil.
- “Xəzər Lənkəran” qol vurmaqda çətinlik çəkir. Bunun səbəbi nədir?
- Məncə, bəxtsizlik. Komanda o sayda epizodlar yaradır ancaq istifadə edə bilmirik. Bəlkə də, komandada yeni oyunçular var, onların tam uyğunlaşa bilməməsidir.
- Hal hazırda “XL” sonuncu pillədədir. Komandanızı çempionatın iddialısı saymaq olar?
- Əlbəttə. Hələ çempionat təzə başlayıb. Əsas oyunlar irəlidədir. “Xəzər Lənkəran” yüz faiz çempion olacaq.
- Komandaya yeni oyunçular qoşulub. Bu barədə nə deyə bilərsən?
- Bəli, artıq iki oyunçu da qoşulub. İnanıram qısa müddətdə öz köməklərini edib sözlərini deyəcəklər.
Mənbə: Millifutbol.az
saytlarin hazirlanmasi