Kosmin Fransinesku: "Xəzər Lənkəran"ın belə vəziyyətə niyə düşdüyünü anlamıram"
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Kosmin Fransinesku Sportal.az-a müsahibə verib. Sabiq futbolçu komandanın indiki vəziyyəti haqqında fikirlərini bildirib.
- Indi harada oynayırsan?
- “Qaz Metan” klubunda karyerama davam edirəm
- Lənkəran yaddaşında necə qalıb? Unutmusanmı?
- Mən Lənkəranı heç vaxt unutmaram. Onları daim xatırlayıram.
- “Xəzər Lənkəran”ı niyə tərk etdin?
- O vaxt mənim müqavilə ilə məxsus olduğum klub mənim transferimə görə çox pul istədi. “Xəzər Lənkəran” da bu pulu vermədiyi üçün mən geri qayıtdım.
- Keçmiş komandanın indi nə vəziyyətdə olduğunu bilirsən?
- Onlara görə çox pisəm. Xəbərim var yaxşı deyil vəziyyət.
- “Xəzər Lənkəran”ın oyunlarına baxırsan?
- Yalnız internet vasitəsi ilə baxıram. Keçmiş komandamın bu vəziyyətdə olması məni qayğılandırır. Bu sürprizdir. Axı “Xəzər Lənkəran” həmişə çempionluq üçün yarışan komanda olub.
- Sizin vaxtınızda “Xəzər Lənkəran” ölkədə ən güclü idi. Səncə, klub niyə bu vəziyyətə düşüb?
- Bilmirəm. Amma çox təəssüflənirəm.
- Yenidən buraya qayıtmaq istəyirsən?
- Əgər məni istəsələr, hər zaman ora qayıda bilərəm və onlara kömək edərəm
- Rednik ilə görüşmüsənmi?
- Yox.
- Səbəb?
- Ordan ayrılandan sonra görüşməmişik.
- Onunla aranda problem vardı?
- Yox. Sadəcə görüşə bilməmişik. O dahi bir məşqçidir. Mənim ona böyük hörmətim var.
- Rednik Lənkərana yenidən qayıtsa, sən də bura gələcəksənmi?
- Əgər belə bir şey olsa və məni dəvət etsələr, hər zaman gəlməyə hazıram.
- “Xəzər Lənkəran”da hal-hazırda olan insanlardan kiminlə əlaqən var?
- Heç kəslə.
- “Xəzər Lənkəran” rəhbərliyi ilə münasibətlərin necədir?
- Mən orada çox az oynadım. Amma rəhbərliklə münasibətim çox yaxşı idi. Orada komandaya ela şərait yaradılmışdı. Amma indi nə üçün bu vəziyyətdə olduqlarını anlamıram. Axı orada futbol oynamaq üçün hər şey var.
- “Xəzər Lənkəran”da oynamış futbolçuların hansı ilə münasibətin var?
- Təkcə, Mureşanla danışıram. Arada bir Pitlə də əlaqə qururam.
- Mureşan Rumıniyada oynayır?
- Bəli, “Astra”da.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi