"Simurq" istirahətə buraxıldı
Dünən Premyer Liqanın V turu çərçivəsində səfərdə "İnter" üzərində əzimkar qələbə qazanan "Simurq", məşqçilər korpusunun qərarı ilə 4 günlük istirahətə buraxılıb.
Sportal.az xəbər verir ki, milli komandanın DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə görə, Zaqatala təmsilçisi sentyabrın 5-də yenidən bir araya gələcək.
Elə həmin gün Gürcüstana təlim-məşq toplanışına yollanacaq komanda, ayın 9-dək qonşu ölkənin paytaxtında qalacaq və burada bir yoldaşlıq görüşü keçirdəcək. Ancaq Georgi Çixradenin yetirmələrinin rəqibi kim olacağı hələ məlum deyil.
Qeyd edək ki, "Simurq" Tiflisdə tam heyətdə bir araya gələ bilməyəcək. Milli komandalarının düşərgələrində olan futbolçular bu təlim-məşq toplanışında iştirak edə bilməyəcək. "Sarı-qaralar" senytabrın 9-da ölkəyə qayıdacaq və növbəti turun oyunlarının hazırlıqlarına start verəcək.