"Real" üçün: Yarısı Kasilyas, yarısı Lopes

12:55 - 5 Sentyabr 2013

Qolkiper yenidən əsas heyətdə olacaq
 
Uzun müddət “Real”ın əsas heyətinə düşə bilməyən İker Kasilyas nəhayət bu mövsüm ilk oyununa çıxacaq.
 
Sportal.az xəbər verir ki, təcrübəli qolkiper sentyabrın 17-si Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Qalatasaray”la baş tutacaq matçda əsas heyətdə meydanda olacaq. “Marka”nın yazdığına görə, 32 yaşlı qapıçı bundan sonra “Real”ın turnirdə iştirakından asılı olaraq ÇL və İspaniya kuboku çərçivəsində keçirilən bütün oyunlarında bir nömrəli əlcək sahibi olacaq. La Liqa oyunlarında isə qapını Dieqo Lopes qoruyacaq. Bu vəziyyət mövsümün sonuna qədər davam edəcək. 
 
Qeyd edək ki, yaxın günlərdə Kasilyasın klub prezidenti Florentina Pereslə komandadakı gələcəyini müzakirə edəcəyi gözlənilir. 

Xəbər xətti