"Real" Kasilyasa çarə tapdı

01:47 - 6 Sentyabr 2013

Kasilyas hansı oyunlarda start heyətdə olacaq?
 
"Real"ın qapıçısı İker Kasilyas bu mövsüm ilk oyununu 17 sentyabr ÇL-nın ilk turunda "Qalatasaray"a qarşı keçirəcək. 
 
Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçı İspaniya kuboku və ÇL-nın bütün oyunlarında start heyətdə meydana çıxacaq.
 
Mövsümün startında "Real"ın əsas əlcək sahibi sayılan Dieqo Lopes isə İspaniya çempionatındakı oyunlarda qapını qoruyacaq.
 
Qapıçıların bu cür oyun sistemi minimum ilin sonunadək davam edəcək. Bu haqda İspaniyanın məhşur "Marca" nəşri məlumat verib.
 
Bununla bağlı İker Kasilyasın klubun prezidenti Florentino Pereslə görüşəcəyi gözlənilir. Bu görüşdə əlcək sahibinin gələcəyi müzakirə olunacaq.

Xəbər xətti