O, Finlandiya ilə oyunda olmayacaq
“Real”ın və İspaniya millisinin yarımmüdafiəçisi İsko DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Finlandiya ilə səfər oyununu buraxacaq.
Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu millinin məşqində özünü narahat hiss edib. Bu səbəbdən İsko məşqi yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Ayaq biləyindən zədələnən oyunçunun Finladiya ilə matçda iştirak etməyəcəyi dəqiqləşib. Onun çərşənbə axşamı Çili ilə yoldaşlıq oyununda iştirakı isə sual altındadı.
saytlarin hazirlanmasi