"Simurq"un Gürcüstanda ilk məşqi FOTOREPORTAJ

10:41 - 8 Sentyabr 2013

Zaqatala təmsilçisi hazırlıqlarını davam etdirir
 
Milli komandanın DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasiləni dəyərləndirmək üçün Gürcüstana təlim-məşq toplanışına gedən “Simurq” artıq Tiflisdədi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqatala təmsilçisi artıq qonşu ölkədə məşqlərə başlayıb.
 
Meydan oyunçuları fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinləri yerinə yetirirlər. Qapıçılar Pavel Kapsa ilə Amil Ağacanov isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı məşq edirlər.
 
Sentyabrın 10-na qədər qonşu ölkənin paytaxtında qalacaq “Simurq” burada bir yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Bundan sonra vətənə qayıdacaq komanda Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Sumqayıt”la oyunun hazırlıqlarına başlayacaq.
 

Xəbər xətti