Rustavi təmsilçisi komandamızın rəqibi oldu
Gürcüstandan təlim-məşq toplanışında olan “Simurq” hazırlıq praqramına uyğun olaraq dünən iki məşqə çıxıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səhər çalışması üçün Tiflisin Çxneti qəsəbəsində yerləşən meşəlik əraziyə gedən komanda burada fiziki hazırlığın yüksəldilməsinə hesablanmış təmrinləri yerinə yetirib. Əvvəlcə kross qaçan “sarı-qaralar” bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında müxtəlif səpkili fiziki təmrinləri yerinə yetirərək, səhər məşqini başa vurub.
Axşam hazırlığı isə əsasən toplu çalışmalardan ibarət olub. Məşqçilər korpusu qısa isinmə hərəkətlərindən sonra futbolçular arasında qarşılıqlı anlayışı yüksəltməyə hesablanmış təmrinlər verib. Məşqin əsas hissəsində isə baş məşqçi Georgi Çixradzenin nəzarəti altında taktiki hazırlığa keçilib. İki qrupa bölünərək qısa ötürmələrdən sonra qapıya zərbələr yerinə yetirilib və müxtəlif taktiki hazırlığın artırılmasından ibarət təmrinlər yerinə yetirilib.
Komanda qonşu ölkədə təşkil edilən təlim-məşq toplanışı çərçivəsində bir yoxlama görüşündə gücünü sınaqdan keçirəcək. “Simurq” sentyabrın 9-da, Bakı vaxtı ilə saat 18:00-da, Rustavi təmsilçisi “Metallurq”la üz-üzə gələcək. Qarşılaşma paytaxtın “Lokomotiv” klubunun təlim-məşq bazasında keçiriləcək. Komanda sabah isə axşam saatlarında çıxacağı bir məşqlə hazırlığı davam etdirəcək.
saytlarin hazirlanmasi