"Simurq" "Sumqayıt" üçün başladı

17:18 - 12 Sentyabr 2013

Komanda rəqibini Qəbələ şəhər stadionunda qonaq edəcək
 
Artıq dünəndən məşqləri bərpa edən "Simurq" "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bədən Tərbiyəsi və İdman Akademiyyasının meydançasında çalışmalara başlayan "sarı-qaralar", məşqə isinmə hərəkətlərilə start verib. Bundan sonra iki qruppaya bölünərək "kvadrat" oynayıblar. Hazırlığın əsas hissəsində isə taktiki tapşırıqlardan ibarət təmrinlər yerinə yetirilib.  
 
Qeyd edək ki, Premyer Liqanın V turu çərçivəsində "Sumqayıt"ı komanda Qəbələ şəhər stadionunda qonaq edəcək. Sentyabrın 15-də keçiriləcək qarşılaşma, saat 17:00-da start götürəcək. Oyunun baş hakimi isə Rəhim Həsənov olacaq.  

Xəbər xətti