Zaqatala təmsilçisi "Sumqayıt"ı Qəbələdə qəbul edəcək
	 
	"Simurq"  "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir. 
	 
	Sportal.az xəbər verir ki, Bədən Tərbiyyəsi və İdman Akademiyyasının meydançasında çalışmalara başlayan "sarı-qaralar", məşqə isinmə hərəkətlərilə start verib. Bundan sonra iki qruppaya bölünərək "kvadrat" oynayıblar. Hazırlığın əsas hissəsində isə taktiki tapşırıqlardan ibarət təmrinlər yerinə yetirilib.  
	 
	Qeyd edək ki,aAzərbaycan Premyer Liqasının V turu çərçivəsində "Sumqayıt"ı Zaqatala təmsilçisi Qəbələ şəhər stadionunda qonaq edəcək. Sentyabrın 15-də keçiriləcək qarşılaşma, saat 17:00-da start götürəcək. Oyunun baş hakimi isə Rəhim Həsənov olacaq. 
	 
                      
saytlarin hazirlanmasi