"Simurq" Qəbələdə son məşqə çıxdı

11:02 - 15 Sentyabr 2013

Zaqatala təmsilçisi matça hazırdır
 
Azərbaycan Premyer Liqasının 6-cı turunda "Sumqayıt"ı qonaq edəcək “Simurq” artıq hazırlıqları tamamlayıb.
 
Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç üçün çalışmalarını davam etdirən Zaqatala klubu ötən gün qarşılaşmanın oynanılacağı meydanda son məşqinə çıxıb. Bir saatdan artıq davam edən hazırlıqdan sonra Georgi Çixradzenin yetirmələri istirahətə çəkilərək, oyunun başlama saatını gözləməyə başlayıb.
 
Qeyd edək ki, “Simurq” – “Sumqayıt” oyunu bu gün saat 17:00-da start götürcək. Qarşılaşmanın baş hakimi Rəhim Həsənov olacaq.

Xəbər xətti