Tam heyətlə hazırlıq tamamlandı FOTOLAR

11:19 - 21 Sentyabr 2013

Komanda "Qarabağ"ı gözləyir
 
Premyer Liqanın VII turunda "Simurq" "Dalğa Arena"da "Qarabağ"ın qonağı olacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son iki turda qalib gəlməyi bacaran "Simurq", artıq hazırlıqların tamamlayaraq istirahətə çəkilib. Oyunöncəsi bir saata yaxın məşq edən "sarı-qaralar", isinmə hərəkətlərindən sonra qısa ötürəmələrdən ibarət taktiki təmrinləri yerinə yetirib. 3 qruppadan ibarət "kvadrat" oynadıqdan sonra isə ikitərəfli oyunla hazırlıq davam edib. Sonda isə qapıya cinahlardan asmalar və onların qapanması, qapıya zərbələrlə məşq tamamlanıb. 
 
Tam heyətlə bu görüşə hazırlaşan "Simurq" qarşılaşmanın başlama vaxtını gözləyir. Oyun saat 19:30-da start götürəcək.  
 
 

Xəbər xətti