"Simurq" tam heyətlə hazırlaşır

23:15 - 25 Sentyabr 2013

Çeran "Qəbələ" matçında forma geyinə bilməyəcək
 
 
 Premyer Liqanın VIII turunda "Qəbələ"ni qonaq edəcək “Simurq” hazırlıqlara başlayıb.
 
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, İki günlük istirahətdən sonra "Şəfa" stadionunda məşqlərə bərpa edən Zaqatala təmsilçisi dünənki hazırlığı yüngül təmrinlər ibarət olub. 
 
Komanda isinmə hərəkətlərindən sonra qruplara bölünərək "kvadrat" oynanılıb. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. 
 
Bu gün üçün komandanın iki məşqi nəzərdə tutulub. Səhər hazırlığı Zaqatala təmsilçisinin məskunlaşdığı otelin fitness zalında keçirilib. Axşam çalışmaları isə "Şəfa" stadionunda baş tutacaq. 
 
Qeyd edək ki, "sarı-qaralar" "Qəbələ" ilə oyuna hazırlıqları tam heyətlə davam etdirir. Sentyabrın 29-da "Şəfa" stadionunda keçiriləcək oyunda yalnız "Qarabağ"la matçda qırmızı vərəqə alan Draqan Çeran forma geyə bilməyəcək. 

Xəbər xətti