Həmyelimizin yeni komandasında debütü uğurlu alındı

04:06 - 26 Sentyabr 2013

Davud Kərimi 90 dəqiqə meydanda olub
 
 
Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, “Fethiyespor” klubu da bu mərhələdə qüvvəsini sınayıb.
 
Sözügedən komanda “Kızılcabölukspor”la qarşılaşıb. Görüşdə hesabı aşağı dəstə təmsilçisi açsa da, "Fethiyespor" bundan sonra üç qol vuraraq əzmkar qələbə qazanıb.
 
“Fethiyespor”da çıxış edən azərbaycanlı qapıçı Davud Kəriminin də bu oyunda iştirakı istisna deyildi. Baş məşqçi Mustafa Ceviz PTT Birinci Liqa oyunlarında ehtiyatda saxladığı həmyerlimizi nəhayət ki, bu görüşdə əsas heyətdə meydana buraxıb. O, sonadək meydanda olub və komandasının mərhələ adlamasında pay sahibinə çevrilib.
 
"Fethiyespor" – "Kızılcabölukspor" - 3:1

Xəbər xətti