"Simurq" itkilərlə hazırlıqlarını davam etdirir

11:06 - 28 Sentyabr 2013

Zaqatala təmsilçisi "Qəbələ" ilə qarşılaşacaq
 
Azərbaycan Premyer Liqasının VIII turuna hazırlıqları davam etdirən "Simurq", bu gün "Şəfa stadionu"nda növbəti məşqinə çıxıb. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,, iki saata yaxın davam edən sonuncu məşqdə Georgi Çixradzenin futbolçuları əsasən taktiki təmrinlər ibarət çalışmaları yerinə yetirib. 
 
İkitərəfli oyundan sonra isə müxtəlif "ev tapşırıqları" hazırlanıb, qapıya zərbələr yerinə yetirilib. "Simurq" sabah axşam saatlarında növbəti məşqinə çıxaraq "Qəbələ"ylə oyunun hazırlığını tamamlayacaq və  istirahətə çəkiləcək. Komandanın heyətində Draqan Çeran cəzalı olduğundan, Rövşən Əmiraslanov isə köhnə zədəsində yenidən ağrıların olması səbəbindən bu görüşdə forma geyinə bilməyəcək.
 
Qeyd edək ki, "Simurq" - "Qəbələ" oyunun sabah, saat 18:00-da "Şəfa stadionu"nda keçiriləcək və İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.  

Xəbər xətti