"Simurq" oyun saatını gözləyir

16:07 - 29 Sentyabr 2013

Zaqatala təmsilçisinin iki oyunçusu "Qəbələ"yə qarşı oynamayacaq
 
Bu gün Aərbaycan Premyer Liqasının VIII turunda "Simurq" "Şəfa stadionu"nda "Qəbələ"ni qonaq edəcək.
 
Sportal.az xəbər verir ki, dünən sonuncu məşqinə çıxan "Simurq", bir saatlıq hazırlıq prosesində isinmə hərəkətlərindən sonra, "kvadrat" və iki tərəfli oyunla çalışmaların tamamlayaraq istirahətə çəkilib. Hazırda oyunun başlama saatını gözləyən "sarı-qaralar"ın heyətində zədəli Rövşən Əmiraslanov və cəzalı Draqan Çeran bu görüşdə forma geyinə bilməyəcək. 
 
Qeyd edək k, "Simurq" - "Qəbələ" oyunun saat 18:00-da start götürəcək. Qarşılaşmanı Fariz Yusifov idarə edəcək. 

Xəbər xətti