"İlk hissədə aldığımız qırmızı vərəqə bizi müdafiədə oynamağa məcbur etdi"

20:25 - 29 Sentyabr 2013

Georgi Çıxradze: "Rəqibə qarşı əks-hücumlarda oynadıq"
 
“Oyuna yaxşı başladıq. Rəqibimiz çempionatın liderlərindəndir, güclü komandadır. İlk hissədə aldığımız qırmızı vərəqə bizi müdafiədə oynamağa məcbur etdi".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çıxradze deyib. Gürcü məşqçi "Qəbələ" ilə heç-heçəni belə şərh edib:
 
"Azlıqda qalmağımıza baxmayaraq, komanda yaxşı oynadı. Rəqibə qarşı əks-hücumlarda oynadıq. İkinci hissənin sonlarına yaxın isə qol buraxmamaq haqqında düşünürdük. Komandama mübarizəyə görə təşəkkür edirəm”.

Xəbər xətti