Həmyerlilərimiz oynadı komandaları darmadağın oldu

01:43 - 30 Sentyabr 2013

 Saşa 90, Arif isə 40 dəqiqə oynaya bildi
 
Türkiyə PTT Birinci Liqasında 7-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Dənizlispor” klubu da bu gün növbəti matçına çıxıb.

Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda səfərdə “Şanlıurfaspor”la qarşılaşıb. Görüş rəqib komandanın inamlı qələbəsi ilə başa çatıb. 
 
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Onların hər ikisi bu oyunda ilk dəqiqələrdən mübarizə aparmaq şansı qazanıblar. Arif 55-ci dəqiqədə əvəzlənibsə, Saşa sona kimi oynayıb.
 
Qeyd edək ki, “Denizlispor” hazırda 4 xalla 17-ci pillədə qərarlaşıb.
 
 
"Şanlıurfaspor" – "Dənizlispor" - 3:0

Xəbər xətti