Mou mətbuat konfransını yarımçıq tərk etdi
Çempionlar liqasında oyunlardan əvvəl baş tutan ənənəvi mətbuat konfransları davam edir.
Sportal.az xəbər verir ki, Buxarestdə "Styaua"-"Çelsi" oyunundan əvvəl keçirilən tədbirdə Joze Mourinyo suallara narazılığını ifadə edib.Belə ki, sualların əksəriyyəti Kevin De Brünye ilə əlaqədar olub.
Mourinyo "Heç kim Matanı soruşmur, hamı elə Kevin De Brünyeni soruşur.Oynamayan futbolçular haqda verilən sualları xoşlamıram" , sözlərini deyib mətbuat konfransını tərk edib.
Əlavə edək ki, brifinqin əvvəlində Mourinyo Kevin De Brünyenin Suindonla və məşqlərdə performansından narazılığını bildirmişdi.
saytlarin hazirlanmasi