İlkin Qırtımov klub tərəfindən də cəzalandırıldı
	 
	Millinin ehtiyat yığmasına çağrılan "Simurq"un kapitanı İlkin Qırtımova mətbuatla əlaqə saxlamağa qadağa qoyulub. 
	 
	Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sportal.az-a açıqlamasında bildirib. O, bunun səbəbini də bildirib:
	"İlkinə danışma qadağası qoyulub. Hal-hazırda biz istəmirik ki, o fikirini danışmağa versin. O, hal-hazırda bütün diqqətini məşqlərə  yönəltməlidir".
                      
saytlarin hazirlanmasi